Türkiyənin ikinci ixrac qatarı Çinə çatıb

Türkiyənin ikinci ixrac qatarı Çinə çatıb
# 06 yanvar 2021 11:38 (UTC +04:00)

Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı artıq Sian şəhərinə çatıb.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, blok qatarı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Siana 16 günə çatdırılıb.

Qeyd edək ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar Qazaxıstanla sərhədə rekord müddətdə – 10 gün ərzində çatmışdı. Bu, daşımanın operatoru olan Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətlərinin yaxşı əlaqələndirilmiş işi sayəsində mümkün olub.

Türkiyədə istehsal edilmiş məhsulları Çinə daşıyan konteyner qatarları ayda iki dəfə olmaqla müntəzəm hərəkət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR