Türkiyənin vençur fondu Azərbaycanda nümayəndəlik açıb

Türkiyənin vençur fondu Azərbaycanda nümayəndəlik açıb
# 15 sentyabr 2020 12:19 (UTC +04:00)

Türkiyənin "Boğaziçi Ventures" şirkəti Azərbaycanda nümayəndəliyini açıb.

Bu barədə "APA-Economics"ə İnnovasiya Agentliyindən bildirilib.

Qeyd edək ki, "Boğaziçi Ventures" şirkəti öz investisiya fondları vasitəsilə texnoloji müəssisələrə sərmayə yatırmaqla, onlara beynəlxalq bazarlarda inkişafını təmin edir.

İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmasından keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar "Boğaziçi Ventures" fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 mln. ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər. Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində "Boğaziçi Ventures"un daxili qiymətləndirmə siyasətinə əsasən veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR