Türkiyənin vençur fondunun ekspertləri Azərbaycan startapları ilə görüşəcək

Türkiyənin vençur fondunun ekspertləri Azərbaycan startapları ilə görüşəcək
  • Clock-gray 11:45
  • calendar-gray 18 Fevral 2021

Türkiyənin "Boğaziçi Ventures" vençur fondunun ekspertləri Azərbaycanda seçilən layihələr ilə gələn həftədən qrafik üzrə onlayn görüşlər keçirəcək.

İnnovasiya Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, qeydiyyatdan keçən 51 layihədən 13-ü A və B kateqoriyasına düşən startaplar olub. Həmin 13 startapdan 4-ü müvafiq qaydada yoxlamalardan keçərək sonuncu mərhələyə keçid əldə ediblər.

Qeyd edək ki, "Boğaziçi Ventures" şirkəti öz investisiya fondları vasitəsilə texnoloji müəssisələrə sərmayə yatırmaqla, onlara beynəlxalq bazarlarda inkişafını təmin edir.

İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmasından keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar "Boğaziçi Ventures" fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 mln. ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər.

Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində "Boğaziçi Ventures"un daxili qiymətləndirmə siyasətinə əsasən verilir.

Hüseyn Vəliyev

Digər xəbərlər