Türkmənistan Azərbaycan təcrübəsindən yararlanaraq "e-Tabib" mobil əlavəsinin analoqunu hazırlayıb

Türkmənistan Azərbaycan təcrübəsindən yararlanaraq "e-Tabib" mobil əlavəsinin analoqunu hazırlayıb
# 29 iyun 2020 11:27 (UTC +04:00)

Türkmənistan akimatı (administrasiyası) Azərbaycan təcrübəsindən istifadə edərək COVID-19 daşıyıcıları barədə vətəndaşlara xəbərdarlıq edən "e-Tabib" mobil tətbiqin analoqunu hazırlayıb.

"APA-Economics" Qazaxıstanın "Profit" portalına istinadən xəbər verir ki, "e-Tabib" mobil əlavəsi Beynəlxalq İdarəetmə Elmləri İnstitutunun (IIAS, Belçika) onlayn konfransı çərçivəsində dünyanın 20-dən çox ölkəsinin nümayəndələrinin iştirakı ilə Astana Dövlət Xidmət Mərkəzinin sessiyasında təqdim edilib.

Sessiyada Azərbaycan Elektron Hökumətinin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "e-Tabib" mobil tətbiqi ilə yanaşı həmçinin respirator "e-Mask" və digər məhsulları təqdim edib.

Xatırladaq ki, "e-Tabib" koronavirus infeksiyasına yoluxma faktlarını qeydə alan, müalicə olunan və evə buraxılan şəxslər haqqında məlumatları, tez-tez verilən suallara cavabları və profilaktik tədbirlər haqqında məlumatları təqdim edən tətbiqdir. Mobil tətbiq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dəstəklənir.

F. Cəfərov həmçinin karantin altında olan vətəndaşların onlayn qeydiyyatı sistemi barədə də ətraflı danışıb.

Qeyd edək ki, sessiyada Azərbaycanla yanaşı İsrail, Qazaxıstan, Estoniya kimi ölkələrin, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ekspertləri dövlət idarəetməsinin səmərəliliyini və pandemiya şəraitində göstərilən dövlət xidmətlərinin keyfiyyətini artırmağa yönələn öz rəqəmsal həllərini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR