UIA Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək

UIA Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək
# 03 dekabr 2020 14:22 (UTC +04:00)

"Ukraine International Airlines" (UIA) aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportdan "APA-Economics"ə verilən məlumata görə, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək.

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR