Ülvi Mehdiyev: "ASAN xidmət" mərkəzlərinə edilən müraciətlərin sayı 34 milyonu ötüb

Ülvi Mehdiyev: "ASAN xidmət" mərkəzlərinə edilən müraciətlərin sayı 34 milyonu ötüb
# 25 noyabr 2019 10:35 (UTC +04:00)

“ASAN xidmət” mərkəzlərinə olunan ümumi müraciətlərin sayı 34 milyondan çox təşkil edib ki, bu da təqribən 7 milyona yaxını unikal şəxs deməkdir.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "StartupFest 2019" beynəlxalq festivalın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu gün müraciətlərin emalı, qiymətləndirilməsi və preventiv tədbirlərin görülməsi, xidmətlərin sadələşdirilməsi, təklif şikayət mexanizminin işlənməsi proseslərinin hamısı “ASAN xidmət”də tamamilə elektronlaşdırılıb.

"Hazırda əhalinin bütün təbəqələri dövlət xidmətlərindən yararlanır. Bu gün “ASAN xidmət” artıq adaptiv strateji idarəetmə tətbiq edir. Yəni real vaxt rejimində daxil olan məlumatlar maşın öyrətmə üsulu ilə təhlil olunur və proseslərdə hər hansı bir nəzərə çarpacaq dəyişikliklər yaranırsa onlar dərhal fiksasiya olunur və buna uyğun preventiv tədbirlər görülür", - deyə Ü. Mehdiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR