Ümumdünya Poçt İttifaqının İnzibati Şurasının ikinci iclası keçirilib

Ümumdünya Poçt İttifaqının İnzibati Şurasının ikinci iclası keçirilib
# 07 dekabr 2020 13:27 (UTC +04:00)

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Berndəki (İsveçrə) qərargahında İnzibati Şuranın ikinci iclası keçirilib.

Regional Rabitə Birliyindən "APA-Economics"ə verilən məlumata görə, iclasda ÜPİ-nin Beynəlxalq Bürosunun rəhbərliyi və 60 ölkələrin nümayəndəsi iştirak edib.

İnzibati Şuranın iclasında İttifaqa üzv ölkələrin ianələrində tətbiq olunan sistemin islahatı, İttifaqın 2021-ci il üçün Proqram və Büdcə layihəsi, 2021-ci il üçün Fəaliyyət Planı layihəsi, habelə ÜPİ-nin 2019-cu il üçün maliyyə hesabatları və Poçt Əməliyyat Şurasının fəaliyyətinə dair hesabat nəzərdən keçirildi.

Bildirilir ki, ÜPİ İnzibati Şurasının növbəti iclası 2021-ci ilin aprelində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR