WTSA-20 gələn ilədək təxirə salınıb

WTSA-20 gələn ilədək təxirə salınıb
# 11 yanvar 2021 11:59 (UTC +04:00)

Bu ilin 23 fevral – 5 mart tarixlərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiya Standartlaşdırma Assambleyası (WTSA-20) 2022-ci ilin 1-9 mart tarixlərinə təxirə salınıb.

Regional Rabitə Birliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə BTİ-nin Telekommunikasiya Standartlaşdırma Sektorunun (ITU-T) WTSA-20-yə hazırlıq çərçivəsində keçirilən 2-ci regionlararası iclası zamanı bildirilib.

Onlayn formatda keçirilən iclasda Azərbaycan, Rusiya və Özbəkistanın rabitə administrasiyalarının nümayəndələri ilə yanaşı, RRB-nin İcraiyyə Komitəsinin rəhbərliyi də iştirak edib.

İclasın gündəliyinə BTİ-nin bir sıra Regional Təşkilatlarının WTSA-20-yə hazırlıqları barədə hesabatlar daxil edilib. 2022 Dünya Telekommunikasiya Standartlaşdırma Assambleyası üçün BTİ-nin hazırlıq iclasları üçün tarixlər təyin olunub.

Eyni zamanda, WTSA-20-dən sonra növbəti ITU Dünya Telekommunikasiya Standartlaşdırma Assambleyasının 2024-cü ildə keçiriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR