"WhatsApp", "YouTube" və "Telegram"ın işində dayanmalar müşahidə olunur

"WhatsApp", "YouTube" və "Telegram"ın işində dayanmalar müşahidə olunur
  • Clock-gray 10:31
  • calendar-gray 16 Dekabr 2020

Dünyanın bir sıra ölkəsində "WhatsApp" messencerinin işində problemlər müşahidə olunur.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Downdetector" xəbər yayıb.

Problemlərlə bağlı şikayətlərin daha çox Avropa (İspaniya, Fransa, İtaliya, Almaniya, Belçika, Böyük Britaniya) və bir sıra Latın Amerikası ölkəsinin (Meksika, Braziliya, Argentina, Peru) istifadəçilərdən gəlib. Belə ki, "WhatsApp" istifadəçilərinin təxminən 96%-i serverə qoşula bilmir, 3%-i veb-saytdakı qəzalar barədə məlumat verib.

"YouTube"da da dayanmalar müşahidə olunur. Dayanmaların olduğunu bildirənlərin əksəriyyəti (61%-i) videoları aça bilmir, 34%-i veb-saytın açılmasında çətinlik çəkir, 4%-i isə video-hostinq səhifəsinə daxil ola bilmir.

Dünya üzrə həmçinin "Telegram" messencerinin işində də problemlər yaşanır. Belə ki, istifadəçilərin əksəriyyəti (86%-i) xidmətə qoşula bilməməsindən, 13%-i isə mesaj göndərməkdə çətinlik çəkdiyindən şikayət edib.

Hüseyn Vəliyev

Digər xəbərlər