"Xarı Bülbül" beynəlxalq kiberidman turnirinə start verilir

"Xarı Bülbül" beynəlxalq kiberidman turnirinə start verilir
# 25 dekabr 2020 10:57 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), Gənclər və İdman Nazirliyi Azərbaycan Kiberidman Federasiyası tərəfindən Azərbaycanda kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “COUNTER STRİKE”: “GLOBAL Offensive” oyunu üzrə “Xarı Bülbül” beynəlxalq turnirinə start verilir.

NRYTN-dən “APA-Economics”ə verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Özbəkistan təmsilçiləri də iştirak edəcək.

Turnirdə hər ölkə iki komanda ilə təmsil olunacaq. Yarışa yalnız ölkələrin milli seçmə turnirinin qalibləri qatılacaq.

Tədbirin təşkilatçısı “Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudovun yarışın əhəmiyyəti barədə danışıb: “Xarı Bülbül” bizim 2020-ci ildə son yarışımız olacaq. Bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Xarı Bülbül Qarabağın milli simvoludur. Məhz buna görə yarışa bu ad seçilib. Turnir beynəlxalq çərçivədə təşkil olunur. Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Özbəkistan turnirdə iştirak edir. Fikrimcə çox maraqlı mübarizə izləyəcəyik. Son illər kiberidmana dünyada eləcə də Azərbaycanda olan yüksək maraq bizi sevindirməyə bilməz. Artıq kiberidman gənclərin böyük əksəriyyətinin sevimli məşğuliyyətidir. Yeni ildən kiberidman həvəskarlarını çox maraqlı yarışlar gözləyir”.

Qeyd edək ki, yarış beş gün davam edəcək.

Yarışı aşağıda qeyd olunan hesablardan canlı izləmək mümkündür.

“Twitch”: glahub

“Instagram” ünvanı: Glahub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR