Xırdalan dairəsi yaxınlığında dəmiryol körpüsünün tikintisi başa çatıb - FOTO

Xırdalan dairəsi yaxınlığında dəmiryol körpüsünün tikintisi başa çatıb - FOTO
  • Clock-gray 09:39
  • calendar-gray 01 Dekabr 2020

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics"ə verilən məlumata görə, yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edir.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

APA-Economics

Digər xəbərlər