Xırdalan dairəsində körpünün tikintisi yekunlaşıb, Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir

Xırdalan dairəsində körpünün tikintisi yekunlaşıb, Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir
# 27 noyabr 2020 16:17 (UTC +04:00)

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür.

“Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır”, - məlumatda qeyd edilir.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR