"Xocəsən" deposunun inşası üzrə birinci mərhələ yekunlaşmaq üzrədir

"Xocəsən" deposunun inşası üzrə birinci mərhələ yekunlaşmaq üzrədir
# 07 yanvar 2021 14:28 (UTC +04:00)

Bakı metropoliteninin “Xocəsən” deposunun inşası üzrə aparılan işlərin birinci mərhələsi yekunlaşmaq üzrədir.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, depoda işlər sürətlə davam etdirilməklə Bənövşəyi xəttin inşasına paralel və zərurətə uyğun olaraq 3 mərhələdə həyata keçirilir. Hazırda 3 stansiyanın tələbinə uyğun sahələrin inşası davam etdirilir.

Dəmir yoluna çıxış yolunun hazırlanması həlledici mərhələdədir. Qatarlara təmir-baxış sahəsinin qurulması istiqamətində aparılan işlər çərçivəsində bir baxış qanovu və rels yolu hazır vəziyyətə gətirilib, daha ikisində yolun üst quruluşu elementlərinin quraşdırılması tamamlanır.

Depo sahəsində blok-post binası, müvafiq kommunikasiya sistemləri, yükləmə-boşaltma məntəqəsi, yanğın təhlükəsizliyi və digər texniki xidmət sahələri ilə yanaşı, yeraltı keçid, həmçinin sərnişin platformasında işlər pandemiya tələbləri nəzərə alınmaqla planlaşdırılmış qaydada davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR