Xudatda idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub

Xudatda idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub
  • Clock-gray 10:29
  • calendar-gray 24 Fevral 2021

Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub.

"Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məlumata görə, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.

Emil İsmayılov

Digər xəbərlər