Xüsusi karantin rejimi günlərində paytaxt Bakıda həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspress xətlər 2 ay müddətində fəaliyyət göstərib.
Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, bu müddətdə ekspress xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb.
Məlumatda metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm də ekspress xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşındığı bildirilir.