YTP rezidentlərin sayını artıracaq

YTP rezidentlərin sayını artıracaq
# 06 yanvar 2021 15:34 (UTC +04:00)

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) rezidentlərin sayını artıracaq.

YTP-dən "APA-Economics"ə verilən məlumata görə, bu məqsədlə Texnopark elm və innovasiya yönümlü yerli şirkətləri əməkdaşlığa dəvət edib.

Əsas məqsəd yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır. Texnopark innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı üçün böyük üstünlüklər təklif edir. Belə ki, Park ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Həmçinin Yüksək Texnologiyalar Parkının rezidentləri qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xətləri ilə təmin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR