YTP rezidentlərinin sayı 7-yə çatıb

YTP rezidentlərinin sayı 7-yə çatıb
  • Clock-gray 16:44
  • calendar-gray 26 Noyabr 2020

Daha üç İT şirkətə ("iTicket", "NN Group" və "Lof studios") İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkında (YTP) rezidentlik statusu verilib.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, rezidentlər istehsal sahəsi ilə təmin olunacaq.

Texnoparkda qeydiyyat şəhadətnaməsini alan sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, rezidentlər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olacaqlar.

Beləliklə, Pirallahı Texnoparkında rezidentlərin sayı 7-yə çatıb.

Hüseyn Vəliyev

Digər xəbərlər