Yaponiyada 2035-ci ilədək benzin və dizel mühərrikli avtomobillər satışdan çıxarıla bilər

Yaponiyada 2035-ci ilədək benzin və dizel mühərrikli avtomobillər satışdan çıxarıla bilər
  • Clock-gray 11:13
  • calendar-gray 03 Dekabr 2020

Yaponiya hökuməti benzin və dizel mühərrikli avtomobillərin satışdan çıxarılması məqsədilə 2030-cu illərin ortalarınadək yerli avtomobil bazarının tənzimlənməsi üçün daha sərt qaydalar tətbiq etmək niyyətindədir.

"APA-Economics"in TASS-a istinadən bildirir ki, bu barədə Yaponiyanın NHK telekanalı xəbər verir.

Qeyd olunur ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin planlarına görə, gələcəkdə ilkin bazarda yalnız hibrid, elektromobil və yanacaq elementli avtomobillər almaq mümkün olacaq. Bu cür tədbirlər Tokionun 2050-ci ilədək karbon və digər istixana qazlarını tamamilə ləğv etmək strategiyasının bir hissəsidir. Bu hədəfi əvvəllər ölkənin Baş naziri Yosihide Suqa da səsləndirmişdi.

Yaponiya bazarında hazırda satışda bir çox hibrid avtomobil modeli var. Onlar demək olar ki, bütün avtomobil istehsalçılarının model xətlərində mövcuddur. Eyni zamanda, ölkədə elektrikli nəqliyyat vasitələri məhdud sayda istehsal olunur.

APA-Economics

Digər xəbərlər