Yaroslavl və Bakı arasında birbaşa aviareys açıla bilər

Yaroslavl və Bakı arasında birbaşa aviareys açıla bilər
  • Clock-gray 12:47
  • calendar-gray 11 Sentyabr 2020

Rusiyanın Yaroslavl vilayəti Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biri olmaq potensialına malikdir.

"APA-Economics"in məlumatına görə, bunu Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov deyib.

"Rusiyanın biznes assosiasiyaları və müəssisələri hərtərəfli dəstəyə güvənə bilər. 2020-ci ilin birinci yarısında Yaroslavl vilayətinin Azərbaycana ixracı 9% artıb. Eyni zamanda, Azərbaycan ikitərəfli turizmin inkişafı, müştərək turizm məhsullarının yaradılmasında maraqlıdır. Yaroslavlla Bakı arasında birbaşa uçuşların açılması imkanları nəzərdən keçirilir", - deyə R. Mirsayapov qeyd edib.

APA-Economics

Digər xəbərlər