Yol kəsişmələrində "sarı kəsimə toru" nişanlanmasının təşkilinə yenidən başlanılıb

Yol kəsişmələrində "sarı kəsimə toru" nişanlanmasının təşkilinə yenidən başlanılıb
  • Clock-gray 11:49
  • calendar-gray 29 İyul 2020

Yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən  yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq. Bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.

Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulmuşdur. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.

Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarına riayət etmələrini sürücülərimizdən xahiş edirik. “Sarı kəsişmə toru”-nun tələblərinə əməl edib ümumi hərəkətə maneə yaratmayan sürücülərimizə isə təşəkkür edirik”, - deyə BNA-nın məlumatında bildirilib.

Günay Elşadqızı

Digər xəbərlər