AAYDA: M2 magistralında hərəkət qismən məhdudlaşdırılacaq - VİDEO

AAYDA: M2 magistralında hərəkət qismən məhdudlaşdırılacaq - VİDEO
# 18 may 2022 10:02 (UTC +04:00)

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89.7-ci km-də yerləşən mövcud avtomobil körpüsündə aparılacaq təmir işləri ilə əlqədar olaraq may ayının 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində olacaq.

Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Sürücülərdən təmir işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR