AAYDA sədri Bakı-Quba-Rusiya yolunda tikinti-bərpa işlərinə baxış keçirib

AAYDA sədri Bakı-Quba-Rusiya yolunda tikinti-bərpa işlərinə baxış keçirib
# 05 may 2022 16:19 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan tikinti-bərpa işlərinə baxış keçirib.

AAYDA-dan "APA-Economics"ə verilən məlumata görə, Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov tikinti-bərpa işləri ilə yerindəcə tanış olub, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR