ABA sədri: Azad edilmiş ərazilərdə ağacəkmə prosesinə başlanılacaq

ABA sədri: Azad edilmiş ərazilərdə ağacəkmə prosesinə başlanılacaq
# 15 mart 2023 10:40 (UTC +04:00)

İşğaldan azadedilmiş ərazilərdə ağacəkmə prosesinə başlanılacaq.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Zakir Nuriyev bildirib ki, Azərbaycan maliyyə sektoru Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ildən başlayaraq hər il 100 min olmaqla on il ərzində bir milyon ağac əkilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə memorandum imzalayıb: "Bununla bağlı maliyyə sektorunda təmsil olunan bütün birliklər, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə bu tədbirlərə start verilib. Ərazilərin seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən ediləcək. Biz düşünük ki, artıq bu ilin aprel-may aylarında prosesə başlayacağıq. Bütün ölkə ərazisində bu iş davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR