ABŞ Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi üzrə görülən işlərdən məmnun qalıb

ABŞ Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi üzrə görülən işlərdən məmnun qalıb
# 03 iyul 2019 18:08 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də ABŞ-la ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

QSC-dən “APA-Economics”ə verilən məlumat görə, görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.

C. Qurbanov Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.

Sonra ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR