ABŞ-da aviaşirkətlər yeni təyyarə çatışmazlığı ilə üzləşib

ABŞ-da aviaşirkətlər yeni təyyarə çatışmazlığı ilə üzləşib
# 04 oktyabr 2022 13:27 (UTC +04:00)

Pilot və ehtiyat hissələrin çatışmazlığından çətinlik çəkən ABŞ aviaşirkətləri daha bir problemlə üzləşib - yeni təyyarələrin çatışmazlığı, “Boeing” və “Airbus” tərəfindən çatdırılma gecikmələri fonunda baş verir.

Bu barədə “APA-Economics” “The Wall Street Journal”a istinadən xəbər verir.

Məlumata görə, aviaşirkətlərin top-menecerləri və sənaye rəsmiləri bildirirlər ki, təyyarə inşa edən şirkətlər ABŞ-ın daxili reyslərində və digər qısa məsafəli marşrutlarda tez-tez istifadə olunan yeni dar füzelyajlı təyyarələrin çatdırılmasını gecikdirirlər. Bununla əlaqədar olaraq, hava daşıyıcıları artan tələbatı ödəmək və cədvəllərini planlaşdırmaq üçün uçuşların sayını artıra bilmirlər.

“Boeing” sözçüsü bildirib ki, şirkət müştərilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün təchizatçılarla sıx əməkdaşlıq edir. “Boeing”, təchizat problemlərindən əlavə, 737 MAX təyyarələri ilə bağlı tənzimləmə çətinlikləri ilə də üzləşir. Şirkət 2022-ci ilin sonuna qədər qeyd olunan təyyarələri istifadə olunmasına dair Federal Aviasiya Administrasiyasının (FAA) təsdiqini gözləyir.

“Airbus” rəhbərliyi də tədarük zənciri problemlərini həll etmək üçün çalışdıqlarını söyləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR