ADY: Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırılıb

ADY: Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırılıb
# 27 may 2023 15:30 (UTC +04:00)

Yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq 3 iyun tarixindən etibarən qatar reyslərinin sayı artırılıb.

Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Belə ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından

(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR