ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb

ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb
# 27 mart 2023 16:38 (UTC +04:00)

Novruz bayramı günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunub və bayram günlərində 1148 sərnişinə xidmət göstərilib.

"APA-Economics" “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) yaydığı məlumata istinadən xəbər verir ki, həmçinin, martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu üzrə bayram günlərində ümumilikdə 64811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1330297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43% çoxdur.

Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron Dairəvi Dəmiryolu ilə 933 min 234 sərnişin daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR