“ADY Konteyner” “TransLogistica Özbəkistan 2022” sərgisində iştirak edir

“ADY Konteyner” “TransLogistica Özbəkistan 2022” sərgisində iştirak edir
# 03 noyabr 2022 10:24 (UTC +04:00)

Özbəkistanın paytaxtı Daşkənddə 18-ci Beynəlxalq “Nəqliyyat və Logistika - TransLogistica Özbəkistan 2022” sərgisi keçirilir.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, sərgidə CASCA + multimodal nəqliyyat marşrutu ayrıca stendlə çıxış edir. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorları - “ADY Konteyner” MMC, “Qırğızıstan Dəmir Yolları”, “Özbəkdəmiryolekspedisiya”, “Türkmənistan Nəqliyyat-Logistika Mərkəzi”, “GR Logistics and Terminals” və “Pasifik Eurasia A.Ş.” öz xidmətlərini təklif edirlər.

Məlumata görə, sərgidə CASCA+ marşrutunun stendinə maraq böyükdür. Stendə yaxınlaşanlar arasında Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev də olub. “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov J. Çorıyevə CASCA + multimodal nəqliyyat marşrutu ilə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, marşrutun yaradılmasında məqsəd iştirakçı ölkərinin tranzit imkanlarından istifadə etməklə Çin-Avropa-Çin istiqamətində dəmiryolu ilə yükdaşımaların həcminin və səmərəliliyinin artırılmasıdır.

Sərgidə 50 -ə yaxın təşkilat və şirkət öz stendi ilə təmsil olunur.

Qeyd edək ki, CASCA + “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılıb. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 5 avqust 2022-ci il tarixdə Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrut boyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR