ADY rəhbərliyi Dünya Bankı ilə “Orta Dəhliz”i müzakirə edib

ADY rəhbərliyi Dünya Bankı ilə “Orta Dəhliz”i müzakirə edib
# 08 dekabr 2022 16:05 (UTC +04:00)

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, səmərəli əməkdaşlığa görə Dünya Bankının rəhbərliyinə təşəkkürünü bildirən sədr R.Rüstəmov qonaqları qurumun 2023-cü il üzrə fəaliyyət planının əsas istiqamətləri haqqında məlumatlandırıb.

Görüşdə son illərdə Azərbaycanın iri tranzit və logistika mərkəzinə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, yeni regional nəqliyyat layihələri, o cümlədən “Orta Dəhliz”lə bağlı geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR