ADY sədri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə toplantıda iştirak edib

ADY sədri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə toplantıda iştirak edib
# 08 fevral 2023 14:48 (UTC +04:00)

Bu gün Qazaxıstanın Almatı şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı keçirilib.

APA-Economics” “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, QSC sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Görüşdə 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib, daha sonra müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub.

Səfər çərçivəsində ADY sədri Qazaxıstan, Gürcüstan və Türkiyə dəmir yolları qurumlarının nümayəndə heyətləri ilə görüşüb. İkitərəfli görüşlərdə tranzit potensialının artırılması imkanları nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR