ADY: Sumqayıt-Bakı qatarının gecikməsinə dumanlı hava səbəb olub - YENİLƏNİB

ADY: Sumqayıt-Bakı qatarının gecikməsinə dumanlı hava səbəb olub - YENİLƏNİB
# 10 mart 2023 10:10 (UTC +04:00)

Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarının qrafikə əsasən gecikməsinə səbəb dumanlı hava şəraiti olub.

Bu barədə "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında havanın dumanlı olması səbəbindən müvafiq təlimata uyğun olaraq maşinist qatarın sürətini azaldıb. Nəticədə, qatar 9 dəqiqə gecikib.

***

09.15

Sumqayıt-Pirşağı-Bakı qatarının qrafikində gecikmə yaranıb.

"APA-Economics" xəbər verir ki, Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı qrafikə əsasən Bakıya 08:30-da çatmalı olduğu halda 08:39-da çatıb.

Qatarın bələdçisi bildirib ki, gecikməyə səbəb yaranan texniki nasazlıq olub. Bununla belə, texniki nasazlığın nədən ibarət olduğu açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR