Ağcabədidə avtomobil qaz xəttini qırıb, 400 abonentin qaz təchizatı dayandırılıb

Ağcabədidə avtomobil qaz xəttini qırıb, 400 abonentin qaz təchizatı dayandırılıb
# 02 oktyabr 2019 14:26 (UTC +04:00)

Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, nəticədə adıçəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Xəttin bərpası istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR