Ağdam şəhərinə qayıdışın tarixi açıqlanıb - VİDEO

# 05 oktyabr 2022 13:50 (UTC +04:00)

“Gələn il çox sıx tikinti işləri həyata keçiriləcək ki, qısa müddətdə bizim soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar”.

APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bütün işlər Əlaqələndirmə Qərargahı ilə planlı şəkildə həyata keçirilir:

“Hesab edirik ki, yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, eləcə də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə soydaşlarımızın Böyük Qayıdışını müşahidə etmək imkanı əldə edəcəyik. Gələn ildən əsas tikinti layihələrimiz başlayır.

Ümid edirik ki, 2024-cü ilin sonuna bu layihələrin hamısı - ən vacibi şəhərin tarixi mədəni mərkəzi ilə bağlı həm yaşayış məhlələri, həm sosial təsisatlar, həm mədəniyyət müəssisələri, həm inzibati mərkəz, həm uşaq bağçaları - həyat üçün tələb olunan bütün sosial infrastruktur hazır olub istifadəyə veriləcək. 2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə qaytaracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR