Agentlik sədri: "Azad edilmiş ərazilərdə sağlamlıq turizmi üçün böyük imkanlar var"

Agentlik sədri: "Azad edilmiş ərazilərdə sağlamlıq turizmi üçün böyük imkanlar var"
# 01 iyul 2022 11:30 (UTC +04:00)

Azərbaycanda müalicə turizminə investisiya, kompleks xidmətlər göstərən sanatoriyaların yaradılması, habelə brend şəklinə salınıb xarici ölkələrə təşviq edilməsi imkanlarına baxılması təklif olunub.

"APA-Economics" xəbər verir ki, bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf edən sektor olaraq önəmli turizm növünə çevrilib.

"Ölkədə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müalicə-sağlamlıq turizminin yaradılması və inkişafı üçün təbii ehtiyatlar baxımından böyük imkanlar var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Kəlbəcər, Laçın, Şuşa, Lənkəranın, Gədəbəyin mineral suları və s. Xüsusilə qeyd edim ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğaldan azad olunmuş rayonların payına düşür. Azadlığa qovuşan ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Dünyada müalicə turizmi sahəsinə maraq il-ildən artdığı kimi, bizdə də bu sahə təşviq edilməli və biznes subyektlərinin bu sahəyə marağı daha da artmalıdır",- deyə Orxan Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR