Ağıllı şəhər və kənd modellərinin yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon dollar olacaq

Ağıllı şəhər və kənd modellərinin yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon dollar olacaq
# 21 noyabr 2022 11:21 (UTC +04:00)

Yaxın 5 il ərzində Ağıllı şəhər və kənd modellərinin dünyada yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon dollar olacaq.

"APA-Economics" xəbər verir ki, bunu “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Dünyada ağıllı şəhər və kənd layihəsi üzrə çalışan şirkətlər, operatorlar, inteqratorlar Azərbaycan Hökumətinə müxtəlif təkliflər verməklə onların həllərinin ən yaxşısı olması iddiası ilə bağlı yaxınlaşıblar. Təəssüf ki, təklif olunan bir çox texniki həllər Azərbaycan sosial-iqtisadi inkişaf modelinə, Azərbaycanda mövcud olan infrastruktur və sosial həyatın bir çox aspektlərini nəzərə almayıb",- deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR