Ağstafada qaz təchizatında fasilə yaranacaq

Ağstafada qaz təchizatında fasilə yaranacaq
# 20 sentyabr 2022 13:44 (UTC +04:00)

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar, 21.09.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR