"Air Astana" Almatı-Bakı aviareysini ləğv edib

"Air Astana" Almatı-Bakı aviareysini ləğv edib
# 06 yanvar 2022 13:14 (UTC +04:00)

Qazaxıstanın "Air Astana" şirkətinin Almatı-Bakı-Almatı aviareysi ləğv olunub.

Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, Almatı-Bakı aviareysinin təyyarəsi saat 13:05-də Bakıya enməli, saat 14:05-də isə Bakıdan Almatıya yola düşməli idi.

Xatırladaq ki, Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları səbəbindən işini dayandırıb.

Qeyd edək ki, dünən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Almatıya həyata keçirməyi planlaşdırdığı reyslərin ləğvi barədə məlumat yayıb. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib. Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR