Albayrak: "Bakı limanını İpək yolunun mərkəzi halına gətirəcəyik"

Albayrak: "Bakı limanını İpək yolunun mərkəzi halına gətirəcəyik"
# 15 iyul 2022 16:26 (UTC +04:00)

"Bakı limanını İpək yolunun mərkəzi halına gətirəcəyik".

"APA-Economics" xəbər verir ki, bunu "Albayraq" Şirkətlər Qrupunun rəhbəri Ahmet Albayrak deyib.

O bildirib ki, Bakı Dəniz Limanı ilə əməkdaşlıqla bağlı 3-4 ay ərzində birgə iş aparılıb və bu gün əməkdaşlıq rəsmiləşdirilib:

"Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədi logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaqla Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya, eyni zamanda Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaqdır. Yəni, İpək yolunu yenidən canlandıracağıq" - deyə, A.Albayrak əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR