"Amazon Kindle" platformasında Azərbaycan yazıçılarının kitablarının sayı artırılacaq

"Amazon Kindle" platformasında Azərbaycan yazıçılarının kitablarının sayı artırılacaq
# 22 oktyabr 2019 15:21 (UTC +04:00)

“Azexport” elektron ticarət platforması vasitəsilə ənənəvi qeyri-neft məhsullarının ixracı ilə yanaşı kreativ və rəqəmsal məhsulların ixracına da start verilib.

APA-Economics”in əldə etdiyi məlumata görə, ilk olaraq Azərbaycan yazıçılarının ingilis dilində olan kitabları “Amazon Kindle” platforması vasitəsilə satışlarına nail olunub ki, bunun nəticəsində qısa müddət ərzində 300-dən çox kitabın satılıb. Bu istiqamətdə növbəti mərhələdə kitabların sayının artırılacağı nəzərdə tutulur.

Ümumilikdə, Azərbaycanın kreativ sənayesi 2 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir və bu məbləğin əksər hissəsi ixrac bazarlarından daxil ola bilər. Bura əl sənətləri, əsərlər, kino sənayesi və s. kreativ sənaye məhsulları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR