Anaklia İnkişaf Konsorsiumu limanın tikintisi çərçivəsində problemlərlə üzləşib

Anaklia İnkişaf Konsorsiumu limanın tikintisi çərçivəsində problemlərlə üzləşib
# 15 oktyabr 2019 12:57 (UTC +04:00)

Gürcüstan hökuməti Anaklia İnkişaf Konsorsiumu ilə imzaladığı sərmayə müqaviləsini ləğv edə bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri xanım Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, konsorsium gün ərzində ortamüddətli öhdəliklərinin yerinə yetirilməsi haqqında sənədi təqdim etməsə, ölkə hökuməti sabah razılaşmanı ləğv etmək hüququna sahib olacaq.

“Konsorsium iki öhdəliyini yerinə yetirdiyini – potensial investorlarla görüşərək 120 mln. ABŞ dolları həcmində kapital topladığını və banklardan 400 mln. dollar həcmində kredit götürülməsi barədə müqavilə imzalandığını göstərən sənədi bu gün hökumətə təhvil verməlidir. Razılaşmaya görə, ortamüddətli öhdəliyin yerinə yetirməsi üçün son tarix 15 oktyabrdır və əgər konsorsium öhdəliklərini yerinə yetirə bilməsə sabah hökumətin razılaşmanı ləğv etmək hüququ olacaq”, - deyə M. Tskitişvili bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR