"Prosol" şirkəti kibertəhlükəsizlik şirkəti olaraq özəl müəssisələrə və qurumlara xidmət göstərir. Bu müəssisə və qurumlara cavabdeh olan "Prosol" əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.
"APA-Economics" xəbər verir ki, bunu "Prosol" şirkətinin İdarə heyətinin sədri Babək Ağayev mətbuat konfransında çıxışı zamanı bildirib.
"Çünki kiberhücumların sayı artıb. Bu da təbii ki, keçirilən antiterror əməliyyatları ilə bağlıdır", - deyə Babək Ağayev vurğulayıb.