Araz Vadisi İqtisadi Zonasında “IVECO"nun texniki xidmət mərkəzi yaradılacaq

Araz Vadisi İqtisadi Zonasında “IVECO"nun texniki xidmət mərkəzi yaradılacaq
# 24 may 2022 19:40 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkında “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) "APA-Economics"ə verilən məlumata görə, layihələrin icrası ilə bağlı danışıqlar Parkının rezidenti “Az-Tex-Import”un direktoru Samir İbadullayevlə İtaliyanın “Iveco Truck & Bus” şirkətinin Asiya bölgəsi üzrə rəhbəri Koray Kurşunoğlu, şirkətin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Roman Smirnov və digər əməkdaşları ilə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR