ASCO ekoloji tədbirlərinin nəticələrini açıqlayıb

ASCO ekoloji tədbirlərinin nəticələrini açıqlayıb
# 18 may 2022 16:55 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk üç ayının nəticələrinə görə, ASCO gəmilərindən 21,014 m³ plastmas, 165,011 m³ qida qalığı, 118,364 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 24,92 m³ istismar tullantısı, 109 m³ neft qalığı, 1237 m³ döşəməaltı lyal sular, 22073,7 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 102,4 m³ çən dibində formalaşmış neftli şlam, 4,2 ton yanmış qəlib qumu, 418,16 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 19131,66 ton məişət çirkab suyu, 105 ton neftli döşəməaltı-lyal su, 38,34 ton sürtgü yağı, 783,03 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 264,82 m³ qida qalığı, 143,85 m³ polimer əsaslı və plastmas tullantı, 26,05 m³ yağlı və neftli tullantı, 38,25 m³ rezin tullantı, 27 ədəd akkumulyator və halvanik element, 123,8 m³ istismar tullantı, 8,71 m³ elektron tullantı, 0,203 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 25,95 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.

İlin ilk üç ayında ümumilikdə 0,473 ton kağız, 0,128 ton plastmas, 4042,219 ton qara metal, 2, 367 ton əlvan metal isə təkrar emala göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR