ASCO-nun 2022-2030-cu illər üzrə uzunmüddətli strategiyası müzakirə olunub

ASCO-nun 2022-2030-cu illər üzrə uzunmüddətli strategiyası müzakirə olunub
# 30 iyun 2022 10:11 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, müşahidə Şurasının, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin və rəhbər şəxslərinin iştirak etdiyi iclasda Cəmiyyətin 2022–2030-cu illər üzrə uzunmüddətli Strategiyası üzrə mümkün ssenarilər geniş müzakirə edilib, eləcə də Cəmiyyətdə reallaşması mümkün olan risklərin nəticələrinin azaldılması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi məsələsi ətrafında müzakirələr aparılıb.

İclas zamanı həmçinin, Cəmiyyətin 2023-cü il üzrə proqnozlaşdırılan büdcə göstəricilərinə ilkin olaraq baxılıb, eləcə də ASCO-nun Daxili Audit Departamentinin fəaliyyətinin təşkilinə dair və digər məsələlər ətrafında müzakirələr aparılaraq Müşahidə Şurası tərəfindən müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR