ASCO-nun “Zığ” zavodunda bu il 30 gəmi təmir olunub

ASCO-nun “Zığ” zavodunda bu il 30 gəmi təmir olunub
# 08 dekabr 2022 15:11 (UTC +04:00)

Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 30 müxtəlif təyinatlı gəmi təmir edilib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ASCO-dan bildirilib.

Məlumata görə, gəmilərin 13-ü əsaslı, 10-u tərsanə, 7-si cari təmirdən keçib.

“Bu üzən vasitələrin 29-u ASCO-ya, 1-i isə kənar təşkilata aiddir”, - məlumatda bildirilir.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm "Zığ" zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR