ASCO: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" ən cəlbedici nəqliyyat dəhlizlərindəndir

ASCO: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" ən cəlbedici nəqliyyat dəhlizlərindəndir
# 31 oktyabr 2019 10:36 (UTC +04:00)

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Asiya ilə Avropa arasında ən cəlbedici nəqliyyat dəhlizlərindəndir.

APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) sədri Rauf Vəliyev QSC-də Məsləhətləşmələr Şurasının növbəti iclası zamanı deyib.

Onun sözlərinə görə, bu marşrut qısa, sürətli və təhlükəsizdir. ASCO isə bu marşrutun əsas və mühüm iştirakçılarından biridir.

ASCO donanmasında olan 260-dan çox gəmi ilə həm yükdaşımalarla, həm də ofşor xidmətlərinin göstərilməsi ilə məşğul olur. 160 illik tarixi olan şirkət 2014-cü ildən Xəzərdən kənarda, xarici sularda fəaliyyətini bərpa edib. Belə ki, indi ASCO-ya məxsus 14 gəmi beynəlxalq sularda müstəqil Azərbaycanın bayrağı altında üzür, R. Əliyev deyib.

Son 6 ildə 20 yeni gəminin istismara verildiyini deyən ASCO-nun sədri bu istiqamətdə işlərin davam etdiyini bildirib. O qeyd edib ki, Bakı Gəmiqayırma Zavodunda 6 gəmi tikilir. Onlardan 2-si unikal Ro-Pax/bərə, 4-ü yeni nəsil tankerdir. Ümumiyyətlə isə yaxın 10 ildə Donanmanın tərkibinə 70-dək müxtəlif tipli gəminin daxil edilməsi planlaşdırılır.

Son 6 ildə ASCO-da infrastruktur tikinti işləri də davamlı həyata keçirilib. Struktura daxil olan qurumlarda təmir işləri aparılıb, infrastruktur yenilənib. Hazırda şirkət tərəfindən yaşayış kompleksi və şəhərimizin memarlıq üslubuna uyğun inzibati binanın tikintisi davam edir, R. Vəliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR