Assaka-Bakı marşrutu üzrə ilk konteyner qatarı ünvana çatıb

Assaka-Bakı marşrutu üzrə ilk konteyner qatarı ünvana çatıb
# 25 yanvar 2022 10:45 (UTC +04:00)

Özbəkistanın Assaka Logistika Mərkəzindən yola çıxan 50 konteynerdən ibarət ilk blok qatar Ələt limanına çatıb.

APA-Economics”in məlumatına görə, bu barədə “ADY Konteyner” şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, avtomobil hissələri ilə yüklənmiş 40 futluq konteynerlər Xocidavlat sərhəd stansiyasından keçərək Türkmənistanın Türkmənbaşı limanına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına çatdırılıb.

Qatardakı yüklər Azərbaycanda minik avtomobili istehsal edən zavodlardan biri üçün nəzərdə tutulub. Bu marşrut üzrə blok qatarlar müntəzəm olaraq hərəkət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR