ATAA-nın İdarə Heyətinə yeni üzv seçilib

ATAA-nın İdarə Heyətinə yeni üzv seçilib
# 16 avqust 2022 12:06 (UTC +04:00)

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinə yeni üzv seçilib.

"APA-Economics" xəbər verir ki, "PASHA Travel" şirkətinin Baş İcraçı Direktoru Çingiz Mürsəlov ATAA-nın İH-nin üzvü olub. Bununla bağlı qərar Assosiasiyasının İdarə Heyətinin toplantısında verilib.

Qeyd edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2019-cu il mart ayının 28-də təsis edilib və fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR