Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının eduGAIN xidməti Azərbaycanda tətbiq olunacaq

Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının eduGAIN xidməti Azərbaycanda tətbiq olunacaq
  • Clock-gray 12:02
  • calendar-gray 29 İyun 2019

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin imkanları genişləndiriləcək.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə “AzScienceNet” şəbəkəsinə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) eduGAIN xidməti inteqrasiya ediləcək. Xidmətin Azərbaycanda tətbiqi üçün cari ilin 1-5 iyul tarixlərində Litvanın təcrübəli mütəxəssisləri tərəfindən “AzScienceNet” şəbəkəsinin əməkdaşlarına treninqlər keçiriləcək.
Yaxın zamanda həmçinin “AzScienceNet”in əməkdaşları üçün “Juniper” şəbəkə avadanlıqları və onların əməliyyat sistemlərindən istifadəyə dair kurslar təşkil olunacaq. 
 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date