Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır

Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır
# 29 sentyabr 2022 14:14 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR